Millimiz Albaniya ilə yoldaşlıq oyunu keçirəcək
04.03.2024 - 10:58
![Millimiz Albaniya ilə yoldaşlıq oyunu keçirəcək](https://apasport.az/storage/news/2024/march/04/big/65e57145d3e1165e57145d3e12170953555765e57145d3e0f65e57145d3e10.jpg)
Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 20:45-də başlayacaq.
Qeyd edək ki, bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.
0
0