Millimiz Avropa çempionatının finalında!
10.06.2022 - 21:48
![Millimiz Avropa çempionatının finalında!](https://apasport.az/storage/news/2022/june/10/big/62a3840d947e162a3840d947e2165488334162a3840d947de62a3840d947e0.jpg)
Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.
Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.
0
0