17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.
Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.
- Türkiyə Kuboku: "Qalatasaray" evdə heç-heçə etdi - VİDEO
- Aleksandr Çertoqanov: "Milli Abbasovun rəhbərliyi altında daha yaxşı oynayacaq"
- Karateçilərimiz Gürcüstanda 14 medal qazanıb - FOTO
- “Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB
- “Şamaxı” - “Araz-Naxçıvan”: START HEYƏTLƏR