Millimiz Çexiyada beynəlxalq toplanışı başa vurub
11.04.2024 - 16:33
![Millimiz Çexiyada beynəlxalq toplanışı başa vurub](https://apasport.az/storage/news/2024/april/11/big/6617d37ebe96f6617d37ebe97017128375026617d37ebe96b6617d37ebe96d.jpeg)
Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisi Çexiyada beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, hazırlıq prosesində 12 idmançı iştirak edib.
Teplitse şəhərində təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.
0
0