Millimiz Daşkənddə ehtiyat qüvvə ilə yarışacaq
25.02.2023 - 22:53
![Millimiz Daşkənddə ehtiyat qüvvə ilə yarışacaq](https://apasport.az/storage/news/2023/february/25/big/63fa5ae2de2d863fa5ae2de2d9167735165063fa5ae2de2d663fa5ae2de2d7.png)
3-5 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə ilin 2-ci "Böyük Dəbilqə" turniri keçiriləcək.
Apasport.az-ın xəbərinə görə, bu yarışda Azərbaycanın 6 kişi cüdoçusu medallar uğrunda mübarizə aparacaq.
Daşkənddə Azərbaycan millisinin yüngül çəkililərdən ibarət ehtiyat qüvvəsi tatami üzərinə çıxacaq: Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq).
0
0