Millimiz FIFA reytinqində 29-cu oldu
20.06.2024 - 12:21
![Millimiz FIFA reytinqində 29-cu oldu](https://apasport.az/storage/news/2024/june/20/big/6673e6f302b4a6673e6f302b4b17188717956673e6f302b486673e6f302b49.jpg)
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cu pillədə qərarlaşıb.
Siyahıya beşqat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.
Azərbaycan millisinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.
0
0