ABL: Bu gün XIII tura yekun vurulacaq
18.01.2026 - 12:12
Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun sonuncu oyun günündə A qrupunda iki qarşılaşma baş tutacaq.
Saat 15:00-da "Sabah" - "Şəki" matçı start götürəcək. "Sabah" 21 xalla ikinci pillədə qərarlaşıb. 14 xala malik "Şəki" isə 5-cidir.
NTD - "Abşeron Lions" görüşünə isə saat 18:00-da start veriləcək. "Abşeron Lions" 23 xalla qrupda lider mövqeyindədir. NTD isə 12 xalla sonuncu - 6-cıdır.
Hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.
0
0