Millimiz FİFA reytinqində irəlilədi
15.12.2023 - 16:32
![Millimiz FİFA reytinqində irəlilədi](https://apasport.az/storage/news/2023/december/15/big/657c32a7187d3657c32a7187d41702638247657c32a7187d1657c32a7187d2.jpg)
Qadın futbolçuların FİFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Azərbaycan millisi FIFA reytinqində iki pillə irəliləyib. Yığmamız 1305,48 xalla 76-cı sırada qərarlaşıb.
Buna Millətlər Liqasındakı uğurlu çıxış səbəb olub. Yığmamız Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda 1-ci yeri tutub.
Qeyd edək ki, cədvələ 2066,05 xala malik İspaniya başçılıq edir.
0
0