Millimiz Gürcüstana məğlub olub
30.09.2024 - 15:55
![Millimiz Gürcüstana məğlub olub](https://apasport.az/storage/news/2024/september/30/big/66fa91cbc8b0766fa91cbc8b08172769735566fa91cbc8b0566fa91cbc8b06.jpg)
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı - 4:0.
0
0