Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır
26.01.2025 - 11:25
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə üstələyib. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu raundun görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
- Aleksey Kaşuk daha bir klubumuzun transfer siyahısında yer alıb
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb
- David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ
- Azərbaycan kubokunun qalibi: “Transferlər edəcəyik”
0
0