Millimiz məğlub oldu
02.10.2024 - 19:52
![Millimiz məğlub oldu](https://apasport.az/storage/news/2024/october/02/big/66fd6c7802dbd66fd6c7802dbe172788440866fd6c7802dbb66fd6c7802dbc.jpeg)
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb.
Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.
0
0