Millimiz məğlub oldu
30.04.2026 - 11:02
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu Ramil Əliyev vurub.
0
0