Millimiz Qazaxıstanla bacarmadı – hər 2 oyunda
20.09.2022 - 17:38
![Millimiz Qazaxıstanla bacarmadı – hər 2 oyunda](https://apasport.az/storage/news/2022/september/20/big/6329c27719dbe6329c27719dbf16636811436329c27719dbb6329c27719dbd.jpg)
Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Qazaxıstanla ikinci yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Joze Alesionun yetirmələri bu dəfə də meydandan məğlub ayrılıb. Meydan sahibləri 6:5 hesablı əzmkar qələbə qazanıb. Komandamızın heyətində Rafael Vilela üç, Sezar De Angelis Conatan Baton və Emin Kürdov hərəyə bir qol vurub.
Qeyd edək ki, dünən keçirilən ilk qarşılaşmada Qazaxıstan 5:3 hesablı qələbə qazanıb.
0
0