Millimiz Yunanıstana məğlub oldu
11.03.2025 - 22:42
Millimiz Yunanıstana məğlub oldu

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində səfərdə Yunanıstan seçməsinə məğlub olub.

Apasport.az xəbər verir ki, paytaxt Afinadakı "DAİS Sports Hall"da baş tutan V qrupun matçında yığma 2:3 hesabı ilə uduzub.

Millimizin heyətində (32, 39) Kənan Manafov dubl müəllifi olub.

Qeyd edək ki, tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.