
İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
Millimizin toplanış üçün heyəti barədə daha sonra məlumat veriləcək.
- "Fənərbaxça" ulduz adları hədəfləyir: Taliska, Levandovski...
- Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...
- Millinin baş məşqçisi: “Sabah” hələ o səviyyəsində deyil”
- “Zirə”nin legioneri: "Hakimə dedim ki, səhv etdiyini görəcəksən və..." - Müsahibə
- Messi “Mançester Siti”yə keçə bilər