Millimizin heyətində dəyişiklik edilib
12.02.2025 - 16:15
Millimizin heyətində dəyişiklik edilib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb. 

"Sabah"ın oyunçusu İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Sumqayıt”ın üzvü Emil Həsənov milliyə dəvət olunub.

Qeyd edək ki, U-17 fevralın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.