Millimizin məğlub etdiyi 33-cü rəqib
20.11.2022 - 19:22
![Millimizin məğlub etdiyi 33-cü rəqib](https://apasport.az/storage/news/2022/november/20/big/637a46303f675637a46303f6761668957744637a46303f670637a46303f673.jpg)
Azərbaycan millisi Şimali Makedoniya üzərində tarixində ilk dəfə qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, Skopyedə keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibini 3:1 hesabı ilə üstələyib.
Bununla komandamız 33-cü fərqli komanda üzərində qələbə sevinci yaşayıb. Əsas milli üz-üzə gəldiyi 71 komandadan 33-nü məğlub etməyi bacarıb. Digər 38 rəqib komandamız üçün hələlik məğlubedilməzdir.
0
0