Millimizin oyununun vaxtı dəyişdirilib
26.09.2024 - 15:35
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə oyununun başlama saatı dəyişdirilib.
Apasport.az xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün saat 16:00-da başlayacaq.
Qeyd edək ki, İspaniyanın Kadiz şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) seçməsi ilə qarşılaşacaq.
- Qazaxıstan Azərbaycana kapitansız gələcək
- Superkompüterdən finala proqnoz: Argentina, yoxsa Fransa?
- Ağasəlim Mircavadovdan “Neftçi”, “Zirə” və “Qəbələ” PROQNOZU
- “Liverpul” daha bir hücumçusu ilə vidalaşa bilər
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
0
0