Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı
21.07.2025 - 11:13

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Motor"un heyətində debüt edib.
Apasport.az xəbər verir ki, Polşa çempionatının ilk turunda Dadaşovun komandası "Arka"nı qəbul edib.
Oyun "Motor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub.
Renat Dadaşov meydana 46-cı dəqiqədə daxil olub və 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
0
0