Millimizin üzvü oynadı, komandası qələbə qazandı
18.01.2026 - 20:17
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Niderland Erediviziyasında XIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozancan Kökçünün də yer aldığı “Volendam” evdə “Utrext”lə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Volendam” hazırda 17 xalla turnir cədvəlinin 15-ci sırasında qərarlaşıb.