Millinin üzvü “Qarabağ”a təklif olunub
24.12.2025 - 15:37
Polşanın “Motor” klubundan ayrılacağı gözlənilən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Hücumçu “Qarabağ”a təklif olunub.
Renatın millinin üzvü olması və yerli statusu daşıması Azərbaycana gəlmək ehtimalını daha artırır.
Dadaşov bu mövsüm “Motor”da 11 oyuna çıxıb.
0
0