Mirabdulla Abbasov I liqaya gedir
05.09.2023 - 16:26
Azərbaycan milli komandasının sabiq forvardı Mirabdulla Abbasov karyerasını I liqada davam etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, "Neftçi"nin keçmiş hücumçusuna "İrəvan"dan təklif gəlib.
Abbasov artıq bir müddətdir ki, bu klubun düşərgəsində məşq edir. Tərəflər maliyyə məsələlərində də razılıq əldə edərsə, rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan futbolçu "Dauqavpils", "Sumqayıt" və "Səbail" komandalarında da oynayıb.
- Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
- "Sumqayıt"dan Avropada yaşayan həmvətənlilərimizə çağırış
- İdmançılarımız beynəlxalq turniri 5 medalla başa vurublar
- Taekvondoçularımız Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazandılar
- Azər Bağırov: “Komanda olaraq çox işimiz var”
0
0