Murad Musayev ilin məşqçisi seçilib
24.12.2025 - 18:16
Rusiyada ilin ən yaxşı baş məşqçisinin adı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu mükafata “Krasnodar” klubuna rəhbərlik edən Murad Musayev layiq görülüb.
Mütəxəssisin çalışdırdığı komanda qış fasiləsinə çempionatın lideri kimi yollanıb.
Qeyd edək ki, Musayev 2021–2024-cü illərdə “Sabah” klubunun baş məşqçisi olub.
0
0