Musa "Yurqorden"də növbəti qolunu vurdu
07.05.2024 - 14:54
![Musa "Yurqorden"də növbəti qolunu vurdu](https://apasport.az/storage/news/2024/may/07/big/663a08b073bbc663a08b073bbd1715079344663a08b073bba663a08b073bbb.jpg)
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden”inin U-21 komandasında növbəti qolunu vurub.
Apasport.az xəbər verir ki, o, “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. M.Qurbanlı 4:2 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. 22 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, M. Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norççepinq"ə qarşı oyunda da qol vurmuşdu.
0
0