![Salih Uçan: “Mərhələ adlamaq arzusundayıq”](https://apasport.az/storage/news/2023/august/09/big/64d3c0d26fd4864d3c0d26fd49169159905864d3c0d26fd4664d3c0d26fd47.jpg)
“Rəqibə yuxarıdan aşağı baxmırıq. Bu barədə düşünmək düzgün deyil”.
Apasport.az-ın məlumatına görə, bunu “Beşiktaş”ın yarımmüdafiəçisi Salih Uçan deyib.
Avropa Konfrans Liqasında sabah Bakıda “Neftçi” ilə qarşılaşacaq “qara qartallar”ın üzvü turnirin qrup mərhələsində oynamaq arzusunu gizlətməyib: O, addım-addım məqsədə çatmağa çalışacaqlarını bildirib: “"Tirana"ya qarşı yaxşı çıxış etdik. İndi "Neftçi" ilə səfərdə oynayacağıq. Yaxşı nəticə qazanaraq, mərhələ adlamaq arzusundayıq. Hədəfimiz "Beşiktaş"ın layiq olduğu yerə yüksəltməkdir. Məqsədimiz qruplara qalmaq və qrupdan çıxmaqdır. Addım-addım uğura getmək istəyirik”.
Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” oyunu sabah 21:00-da start götürəcək.