
"Bavariya"nın hücumçusu Tomas Müller baş məşqçi Tomas Tuxellə fəxri prezident Ole Höness arasında yaranan mübahisədən danışıb.
Apasport.az xəbər verir ki, bu barədə alman oyunçu "Sky Sport"a açıqlama verib:
“Bu cür mübahisələrin yaranma səbəbi sizsiniz. Çünki bu barədə bizdən çox soruşursunuz. Hönessdən heç bir açıqlama alınmasaydı, ümumiyyətlə heç bir səs-küy olmazdı. Qısacası, mənim üçün bu söhbətlər əhəmiyyətli deyil".
Qeyd edək ki, daha öncə funksioner məşqçini futbolçu yetişdirməkdənsə, hazır təcrübəli oyunçuları almağa üstünlük verdiyini bildirmişdi. Tuxel bunun belə olmadığını söyləyərək Hönessin sözlərinin ona qarşı səhv olduğunu qeyd edib.
- Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
- Aslan Kərimov: “Qarabağ”la rəqabət aparmaq gecdir”
- Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb
- Qadın güləş millimiz Avropa çempionatında 5-ci oldu
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"