“Bu, sevincdən daha çox şeydir, böyük qürurdur”.
Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Fransalı çalışdırıcı qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Mən oyunçulara müstəsna performanslarına görə təşəkkür etdim. Azarkeşlərin dəstəyini də vurğulamalıyıq. Çılğın və möhtəşəm fanatlarımız var”.
Kombuare son turda “Olimpiakos”a qalib gəlmələrinə və “Qarabağ”ın evdə “Frayburq”la matçda büdrəməsinə ümid edir: “Ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq qələbədir. Mən futbolda təvazökar qalmağı öyrəndim. Gələn həftə hər şeyə aydınlıq gələcək”.
- Azərbaycanlı hakimlər FİBA-nın inkişaf proqramına qatılıblar
- Cüdo üzrə Azərbaycan birinciliyi başlayır
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Salah "Liverpul"la vidalaşır
- Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...