Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxovun UFC-də debüt döyüşü uğurlu alınıb.
Apasport.az-ın xəbərinə görə, ABŞ-ın Las Veqas şəhərində keçirilən "UFC Fight Night 219" turnirində 28 yaşlı idmançımız 3-cü raundda qalib elan olunub.
Buna səbəb onun amerikalı rəqibi İvan Elderin qaşının yarılması olub. Həkim döyüşün dayandırılmasını tələb edib və qalib Nazim elan edilib. Bu qərar qarşı tərəfdən mübahisəyə səbəb olsa da, UFC prezidenti Deyna Vayt həkimin düzgün qərar verdiyini bildirmək üçün Elderin qaşının yarıldığı video və fotonu paylaşıb.
Qeyd edək ki, bu, Nazim Sadıxovun peşəkar MMA karyerasında 8-ci, UFC-də ilk qələbəsi olub.
- FIFA lisenziyalı xarici agent və skautlar “Sumqayıt”ın bazasında
- "Bavariya" "Bayer"in əsas müdafiəçisi ilə anlaşıb
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- Bəxtiyar Həsənalızadə: "Onunla “Qarabağ" haqda heç vaxt danışmamışıq” - Müsahibə
- Paris-2024: Təmsilçimizin çıxış edəcəyi yarış təxirə salınıb