İki il əvvəl Belarus II MDB Oyunlarını keçirib. II MDB Oyunları Belarusun 11 şəhərində keçirilib.
Apasport.az xəbər verir ki, bunu APA-nın yerli bürosuna Belarusun idman nazirinin müavini Aleksandr Baraula bildirib.
O deyib ki, Azərbaycanı, onun möhtəşəm təbiətini tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır.
Nazir müavininin sözlərinə görə, Belarus idmançılarına Azərbaycanda böyük diqqət ayrılıb.
Aleksandr Baraula təşkilatçılığın, infrastrukturun, idman obyektlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
O, Belarus idmançılarının yüksək nəticələr qazanmaq üçün Azərbaycana gəldiyini də vurğulayıb.
- “Fənərbaxça” rəsmisi: “Biz bunu təhqir kimi qəbul etdik”
- Premyer Liqa klubunda 594 milyon gəlir
- Samir Abasov: “Bura gəlişimdəki səbəbləri açıqlamaq istəmirəm”
- “Qarabağ”ın rəqibi: “Əziyyət çəkmişik ki, cümə axşamları divanda oturmayaq”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama