Çempionlar Liqasının “Napoli” – “Yunion Berlin” oyunu öncəsi polislə qonaq koamanda azarkeşləri arasında toqquşma baş verib.
Apasport.az xəbər verir ki, dünən axşam baş verən hadisələr nəticəsində 11 azarkeş həbs olunub.
Tərəfdarların zibil qutularını yandıraraq, ətrafdakı dükanlara zərər vurduğu bildirilir. Toqquşma nəticəsində azarkeşlər və polislər arasında yaralananlar da olub. Hazırda Neapol polisi xoşagəlməz halların qarşısını almaq məqsədilə şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb.
Qeyd edək ki, “Napoli” – Yunion Berlin” oyunu bu axşam Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
- “Çelsi”nin gözü “İnter”də
- Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək
- Patrik Andradenin menecerinin Bakıya gələcəyi tarixi açıqladı – baş məşqçi
- AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək - Özəl
- Stolüstü tennisçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar