"Neftçi" Azərbaycan Premyer Liqasının XXVII turunda "Kəpəz"lə oyunda son qolunun ofsayd səbəbindən sayılmamasına etiraz edib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" narazılığını sosial şəbəkə hesabında ifadə edib. Klubun feysbuk səhifəsində Yeqor Boqomolskinin son dəqiqələrdə vurduğu və oyundankənar vəziyyət səbəbilə ləğv edilən qolu paylaşılıb.
Sözügedən posta "Əyri xətkeşlə yarıda kəsilən qol sevincimiz" başlığı qoyulub. Klub bununla VAR sistemindən verilən görüntüdə ofsaydla bağlı xəttin əyri çəkilməsinə işarə edilib.
Xatırladaq ki, "Neftçi" – "Kəpəz" matçı 2:2 hesabı ilə başa çatıb.
- “İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ
- “Qarabağ”ın oyununun yeri dəyişdirildi
- Rauf Mehdiyev “Qarabağ”ın qapıçıları və məşqçiləri barədə: “... inanmıram”
- Terim Türkiyə millisinə inamını itirmir: "2008-dəki kimi"
- "Karvan-Yevlax"da növbəti ayrılıq: İCARƏ MÜDDƏTİ BAŞA ÇATDI