"Neftçi" məşqləri bərpa edib
18.10.2023 - 15:34
"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, “Qarabağ”la oyundan sonra üç günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 12-də məşqləri bərpa edib.
"Ağ-qaralar"ın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Qeyd edək ki, oktyabrın 20-si saat 20:30-da “ASCO Arena”da baş tutacaq “Səbail” – “Neftçi” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
- Gimnastımız beynəlxalq turnirdə çıxış edəcək
- “Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb
- Azərbaycan xallarının sayını artırdı, Ermənistan gerilədi - UEFA reytinqi
- Şöbə müdiri: “Gəncə şəhər stadionunda son tamamlama işləri gedir”
- "Trabzonspor"dan “Qalatasaray”a: Okan Buruk türk futbolçunu istəyir
0
0