"Neftçi" Polşada
16.07.2025 - 10:35

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Apasport.az xəbər verir ki, dünən səhər saatlarında Polşaya yola düşən komandanın üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.
0
0