
Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Neftçi” – “Şamaxı” matçının biletləri oyundan bir gün əvvəl satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiymətləri 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edəcək.
Biletləri stadionun kassasından əldə etmək mümkün olacaq.
Kassa avqustun 15-i saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan oyun saatına qədər işləyəcək.
Qeyd edək ki, mövsümlük biletləri isə onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə edə bilərsiniz.
- De Bleker: "Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər" - Müsahibə
- Adil Şükürov: “Heyətə cəlb etmək istədiyimiz oyunçular var”
- Yığmada kütləvi MİLLİLƏŞMƏ
- Kamran Quliyev: “Çalışırıq ki, ilklər yükünü, öz üzərimizə götürüb aparaq”
- "Trabzonspor" rəhbərliyi 0:5 uduzan məşqçi barədə qərar verdi