![“Neftçi” tıxaca düşdü, "Sumqayıt"la oyununun vaxtı dəyişdirildi](https://apasport.az/storage/news/2022/november/05/big/636676f70f02b636676f70f02c1667659511636676f70f027636676f70f029.jpeg)
Misli Premyer Liqasının 13-cü turunun "Sumqayıt" - "Neftçi" oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək. Buna səbəb "Neftçi" klubunun yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsidir.
Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib.
Qeyd edək ki, oyun 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.