“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib
30.06.2026 - 16:24
“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, iyunun 29-da Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb.
Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.
Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək “ağ-qaralar” iyulun 2-də ilk yoxlama oyununa çıxacaq.
Qeyd edək ki, “Hotel Livada Prestige”də məskunlaşan “Neftçi”nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.
0
0