"Neftçi" yeni tərəfdaşlıq müqaviləsi imzaladı
18.10.2024 - 17:51
!["Neftçi" yeni tərəfdaşlıq müqaviləsi imzaladı](https://apasport.az/storage/news/2024/october/18/big/671267f4b42a2671267f4b42a31729259508671267f4b42a0671267f4b42a1.jpg)
“Neftçi” PFK GESCO ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Apasport.az xəbər verir ki, ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO “Neftçi” PFK-nın 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq.
Bir mövsümlük razılaşmaya əsasən, GESCO klubun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.
0
0