"Neftçi"də ardıcıl uğursuz nəticələrin cəzası baş məşqçi Roman Qriqorçuka kəsilib.
"Apasport"un əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Bu barədə rəsmi açıqlamanın gün ərzində veriləcəyi gözlənilir.
İddiaya görə, "ağ-qaralar" müvafiq posta ən azı mövsüm sonunadək Arif Əsədovu gətirəcək.
İlin axırında göstərilən nəticədən asılı olaraq məşqçiylə yola davam edilib edilməyəcəyinə qərar veriləcək.
Qeyd edək ki, "Neftçi"də daha əvvəl klubun idman direktoru Yens Anderssonla da qarşılıqlı razılaşmayla yollar ayrılmışdı.
- 37 yaşlı futbolçu Fransa klubunda
- Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
- “Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - FOTO
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"