“Neftçi”dən azarkeşlərinə müjdə!
22.01.2026 - 21:31
Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 23-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçından 2 saat əvvəl – 17:00-dan etibarən “ağ-qaralar”ın azarkeşləri üçün xüsusi fanzona yaradılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi fan mağazasının qarşısında QOLAT-la birgə təşkil olunacaq fanzonada “Neftçi” azarkeşlərini müxtəlif əyləncələrlə yanaşı, hədiyyələr də gözləyir!
- Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazanıb - FOTO
- Yunis Hüseynov: "Düşünürəm ki, "Qarabağ" möhtəşəm oyun göstərəcək"
- III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib
- Mourinyu: "Məni qovduran hakim Turindəndir"
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib
0
0