"Neftçi"dən növbəti transfer
21.01.2024 - 21:59
!["Neftçi"dən növbəti transfer](https://apasport.az/storage/news/2024/january/21/big/65ad5b5f9f54d65ad5b5f9f54e170585993565ad5b5f9f54b65ad5b5f9f54c.jpg)
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" Brayan Morenonu heyətinə qatıb.
Kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.
0
0