“Neftçi”dən Solomon qərarı
19.06.2023 - 17:02
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümün əvvəlində böyük ümidlərlə transfer etdiyi Solomon Kvirkveliya ilə vidalaşmaq niyyətindədir.
Klub rəhbərliyi gürcü müdafiəçi ilə yollarını ayırıb, başqa arxa xətt oyunçusu ilə anlaşmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir. Böyük ehtimalla gürcü müdafiəçi yeni mövsümə “Neftçi”də başlamayacaq.
Qeyd edək ki, Solomon Premyer Liqanın başa çatan mövsümündə keçirdiyi 33 matçda 2 qol vurub.
- Konfrans Liqası: “Neftçi”, “Zirə” və “Qəbələ”nin potensial rəqibləri azaldı
- Niko Kovaç yenidən Bundesliqa klubunda
- Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib
- "Mançester Yunayted" "Milan"ın müdafiəçisini istəyir
- Ramin Quliyev: "Arif Əsədov qısa vaxtda nəyisə dəyişə bilib, lakin..."
0
0