“Neftçi”dən transfer həlli: QƏRAR VERİLDİ
05.04.2026 - 15:15
“Neftçi”dən transfer həlli: QƏRAR VERİLDİ

"Neftçi" yay transfer pəncərəsi üçün çalışmalara start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub bir neçə futbolçu ilə bağlı qərarını verib.

“Ağ-qaralar” Bassala Sambu, İfeanyi Metyu, Freddi Varqası komandada saxlamaq niyyətindədir. 

İcarə əsasında “Neftçi”də çıxış edən Varqasın keçidi üçün danışıqlara başlanılıb. Onun müqavilə ilə məxsus olduğu “Makkabi Netanya” futbolçunun transferinə müsbət yanaşır.

Digər iki oyunçu isə komandada qalmağa razıdırlar. Hazırda sözləşmənin son detalları hazırlanır. 

Qeyd edək ki, hər üç futbolçunun müqaviləsi yaya qədərdir.