“Sumqayıt”ın üzvü Özbəkistan millisinə çağrılıb
13.03.2025 - 21:57
“Sumqayıt”ın üzvü Özbəkistan millisinə çağrılıb

"Sumqayıt"ın futbolçusu Bobur Abdixolikov Özbəkistan milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu Qırğızıstan və İran yığmalarına qarşı dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, görüşlər müvafiq olaraq martın 20-də və 25-də keçiriləcək.