“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq
02.03.2024 - 16:57
“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.
Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.
Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.
- Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
- Samir Musayev: "Problem “Qarabağ”da deyil, digər klublarımızdadır" - Müsahibə
- III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb
- “Almaniyada qol vurmaq “Qarabağ”ın gücünə görədir” – MÜTƏXƏSSİS
- Cinsi xarakterli cinayətlərdə şübhəli bilinən futbolçu meydana döndü
0
0