"Neftçi"nin daha bir futbolçusu dünya çempionatı üçün dəvət alıb
29.05.2024 - 14:16

“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.
29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Qeyd edək ki, Fələstin iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək. Daha əvvəl "Neftçi"dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- “Qarabağ” “Real”ın prezidentini haqlı çıxardı
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- Emrelinin komanda yoldaşı: "Messini tutmaq üçün planımız yoxdur"
- “Liverpul” tarixinin ən bahalı transferi
0
0