“Neftçi”nin qolkiperi Rza Cəfərov hazırda bir çox klubların transfer siyahısında yer alıb.
Apasport.az saytına verilən məlumata görə, hətta “Qarabağ”ın da transfer etmək istədiyi millimizin gənc qapıçısının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Lakin Cəfərov aylıq maaşının daha yaxşı olması arzusundadır. Belə ki, o, klubun onunla müqavilənin maaliyyə şərtlərinin yenilənməsini istəyib.
Məsələ burasındadır ki, Rzanın “Neftçi” ilə müqaviləsi əvvəlki şərtlərlə razılaşdırılmışdı. Amma hazırda “Neftçi”nin əsas qapıçısı olan qolkiper yeni maliyyə şərtləri ilə müqavilənin yenilənməsini klubdan istəyib.
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəldi
- “Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlandı
- Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”
- “Düşünürdüm ki, artıq “Barselona”da oynamayacağam”