“Neftçi”nin ilk oyununun vaxtı bilindi
05.07.2022 - 17:21
![“Neftçi”nin ilk oyununun vaxtı bilindi](https://apasport.az/storage/news/2022/july/05/big/62c43b10e53c562c43b10e53c6165702734462c43b10e53c362c43b10e53c4.jpg)
Yeni mövsümə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu qardaş ölkənin “Sakaryaspor” klubuna qarşı keçirəcək.
Apasport.az xəbər verir ki, məlumatı Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, iyulun 6-sı “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.
0
0