Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Bu barədə apasport.az-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
- Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək
- Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
- Futzal üzrə Azərbaycan millisi reytinqdə 29-cu pillədə qərarlaşıb
- Vidadi Rzayev: “Sənədi necə dəyişdiriblər, getsin İlqar Nadiri cavab versin” - Eksklüziv
- Erhan Toker: “Bərabər oyun sərgilədik”