Azərbaycan milli komandasının üzvü, “Polessye”nin yarımmüdafiəçisi Emil Mustafayev mövsümün sonunda “Çernomorets”dən ayrılacaq.
Apasport.az saytına verilən məlumata görə, mövsümün sonunda Emil Ukraynadan ayrılacaq.
“Sabah”la yanaşı daha bir neçə klub Emili yayda heyətinə qatmaq niyyətindədir.
Yeni sezondan legioner limitinin ləğv olunmasına baxmayaraq, Azərbaycan klubları Mustafayevin transferində israrlıdır.
Daha əvvəl “Neftçi”nin də istədiyi oyunçu yeni sezona Azərbaycanda başlaya bilər. Amma o, Avropa klublarından təklif alarsa, üstünlüyü ona verəcək.
Qeyd edək ki, azərbaycanlı futbolçu qış transfer pəncərəsi dövründə icarə əsasında Odessa klubuna keçmişdi. “Aleksandriya” yetirməsi olan 23 yaşlı futbolçunun “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- "Sabah" hazırlıqlara başladı - FOTO
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- “Rollan Qarros”da 90 qələbə
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- ÇL-də 1/4 finalın cütləri məlum oldu - YENİLƏNİB