![“Neftçi”nin rəqibindən növbəti transfer](https://apasport.az/storage/news/2023/august/11/big/64d66535d4f0264d66535d4f03169177221364d66535d4f0064d66535d4f01.jpg)
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi heyətini gücləndirəcək.
Apasport.az-ın məlumatına görə, “Beşiktaş” Bəxtiyar Zaynutdinovla müqavilə imzalayacaq.
ÇSKA-da oynayan yarımmüdafiəçinin transfer məbləği 5 milyon avrodur. Rusiya klubu növbəti satışdan 15 faiz gəlir əldə edəcək. Qazaxıstan yığmasının üzvü “Beşiktaş”la dörd illik müqaviləyə imza atacaq. 25 yaşlı futbolçu 2020-ci ildən “hərbçilər”in heyətində çıxış edir. Yeni start götürən mövsümdə Zaynutdinov 5 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsinin ilk matçında öz meydanında "Beşiktaş"a 1:3 hesabı ilə uduzub.